“Yahoo!”-nun adı dəyişdiriləcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri “Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.
 
Bu, şirkətin aktivlərinin “Verizon Communications”-ə satılmasından sonra baş verəcək.
 
Eyni zamanda, “Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər.
 
Bundan əvvəl “Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama “Yahoo!” ilə “Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu.
 
ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  “Verizon” iyulda “Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.
 
Xatırladaq ki, “Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

 


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr