Bakı Dəmiryol Vağzalında "Sleepbox" quraşdırılıb

Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün "Sleepbox" quraşdırılıb.

FaktXəbər azvision.az-a istinadən xəbər verir ki, "Sleepbox" qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər "Sleepbox"da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

"Sleepbox" isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. "Sleepbox"da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik "Sleepbox"dan istifadənin qiyməti müəyyən edilməyib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr