Azərbaycanlı gəncdən analoqu olmayan sosial şəbəkə: DÜNYADA BİR İLK

Azərbaycanlı gənc tələbə unikalığı ilə dünyada bir ilk olan sosial şəbəkə hazırlayıb. Hətta ilk belə tətbiq olmasını beynəlxalq səviyyədə patent alaraq təsdiq də edib. Sosial şəbəkə vasitəsi ilə tarixi abidələrə, ictimai məkanlara 3d görüntüsü ilə baxmaq mümkündür. Həmçinin proqram hazırda yerləşdiyiniz məkanda olan istifadəçilərlə də ünsiyyət qurmağa imkan verir.
 
Azərbaycanlı gənc real ünsiyyətə sövq edən beynəlxalq miqyaslı sosial şəbəkə yaradıb. Proqramın yaradıcısı Elçin Əskərovun sözlərinə görə layihə unikallığı ilə seçilir.
 
Platformadan həm veb-saytdan və həm də mobil tətbiqetmə vasitsəi ilə telefon və planşetlərdə istifadə etmək mümkündür. "Onbranch" adlı tətbiq məkanların 3d görüntüsünü təqdim etməklə yanaşı həmin məkanda olan insanların dəqiq yerlərini də dostlarına göstərir.
 
Tətbiq istər biznes sahibləri, istər ictimai fəaliyyət subyektləri, istərsə də fərdi istifadəçilər üçün yeni imkanlar təqdim edir. Kafe və restoranlar qeydiyyatdan keçərək öz məkanlarının 3d görüntüsünü proqrama əlavə edə bilərlər. Onlar bununla biznes obyektlərini öncədən müştəriyə göstərə ,hətta qiymət və menyuda əlavə edə bilərlər.
 
Azərbaycanlı gəncin ərsəyə gtirdiyi tətbiq dünyada ilk fərqli formatda layihə kimi qeydiyatdan keçib. Onbranç proqramı turizm məqsədi ilə geniş imkanlar da təqdim edir.
 
Elçin Əskərovun sözlərinə görə hazırda onların heçbir maddi dəstəyə ehtiyacları yoxdur. Layihəyə beynəlxalq səviyyədə maraq olduğundan iyun ayında Londonda təqdimatı olacaq.Və yaxın gələcəkdə dünyanın aparıcı şəhərlərinin də məkanları əlavə ediləcək.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr