`Kasperski Laboratoriyası` müştərilərin məlumatlarının qorunması ilə bağlı açıqlama verib

«Kasperski Laboratoriyası» rəhbərliyi  ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin  onu Kremlin xeyrinə casusluqda ittiham etməsi ilə bağlı məyusluğunu ifadə edib.

 

«Kompaniya heç bir zaman heç bir ölkənin hökumətinə kibercasusluq və kiberməkanda  aqressiv fəaliyyətdə yardım etməyib. Məyus edən hal odur ki, özəl kompaniya heç bir sübut olmadan, geosiyasi vəziyyətin təzyiqi ilə təqsirli hesab oluna bilər», - deyə Kasperskidən bildirilib.

 

Qurum rəhbərliyi həmçinin vurğulayıb ki, müştərilərin bütün məlumatları tamamilə qorunur.

 

««Kasperski Laboratoriyasına» müştərilərdən  gələn bütün ifnormasiya, o cümlədən  trafik qanunvericiliyə və ən sərt sənaye standartlarına uyğun olaraq şifrələnmə, rəqəmsal sertifikatlanmanın müdafiəsi və başqa üsullarla tamamilə qorunur», - deyə kompaniyadan bildirilib.


Xəbərlər



Prezidentin qızı həbsxanaya göndərildi



Əlcəzairdə 82 yaşlı prezidentə qarşı etiraz aksiyası keçirilibr



ABŞ Konqresi Nemtsovun qətli və Putinin gəlirinin açıqlanmasını tələb edirr